Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"

Ququşdan İranla bağlı paylaşım: "Gələn il azad İranda bayram edəcəyik"
18 mart 2026
# 14:19

Azərbaycan əsilli iranlı müğənni Ququş Bahar bayramı münasibətilə İran xalqına müraciət edib.

Kulis.az Lent.az-a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“İslam Respublikası təxminən 47 ildir ki, İran kimliyimizi silmək ümidi ilə sevimli Çərşənbə-suri (Novruz ərəfəsində qədim od bayramı – red.) ənənələrimizi ləğv etmək üçün əlindən gələni edib. Lakin hər il bu cəhdləri boşa çıxıb.

Bu il, hətta ən ağrılı qırğınlardan sonra belə, cəsur xalqımız yenə də meydanlara çıxdı. İnsanlar ocaqların üzərindən atılaraq “Zərdi-ye mən əz toh, sorxi-ye toh əz mən” (Mənim solğunluğum sənə, sənin al rəngin mənə - red.) sədaları səsləndiriblər.

Bu, bizim mövcud rejimin kölgəsi altında qeyd etdiyimiz son bayram olacaq. Gələn il hamımız birlikdə azad İranda bayram edəcəyik”, - Ququş bildirib.

# 910 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər