Qulu Məhərrəmli: “Ramiz Mehdiyev Azərbaycan tarixinin bətnindəki "şiş"dir”

Qulu Məhərrəmli: “Ramiz Mehdiyev Azərbaycan tarixinin bətnindəki "şiş"dir”
12 noyabr 2025
# 18:01

Jurnalist Qulu Məhərrəmli Künc-Bucaq TV-də yayımlanan “Nadir vaxt” verilişində diqqətçəkən açıqlamalar verib.

Kulis.az-ın məlumatına görə, o bildirib ki, adı çəkilməsə də, Ramiz Mehdiyevlə bağlı çıxışlar mediada həmişə yayımlanıb.

O, Ramiz Mehdiyevin fəaliyətini demokratik prinsiplərə zidd adlandırıb.

Məhərrəmli vurğulayıb ki, istintaq materialları mediaya xəsisliklə təqdim olunduğuna görə şayiələr və uydurmalar çox yayılıb.

Onun sözlərinə görə, Ramiz Mehdiyev son 30-35 illik Azərbaycan tarixinin bətnindəki “şişdir” və mütləq götürülməlidir.

Jurnalist həmçinin Mehdiyevin əlindəki imkanlardan danışıb:

"Bəzilər deyir ki, elmi kommunizmlə bağlı 30-a yaxın kitab yazıb. Birbaşa akademik seçmişdilər. Onun əlində hədsiz imkanlar var idi. Mən televiziyada işlədiyim üçün bunları görürdüm. Canlı reportaj vaxtı kimsə deyirdi ki, o sözü elə yox, belə demək lazımdır. Məsələn, deyirdi ki, “Milli Azadlıq Hərəkatı” yox, “Milli Hərəkat” yazın.

Qulu Məhərrəmli çıxışında keçmiş sovet rəhbəri Xruşşov dövründən nümunə gətirərək deyib:

"Belə söhbətlər aktuallaşanda çox vaxt deyirlər ki, hünərin var idi vaxtında danışaydın. O vaxt Xruşşov çıxışı zamanı Stalinlə bağlı şəxsiyyətəpərəstişliyi pisləyəndə zalda bir nəfər deyir ki, bunu vaxtında demək lazım idi. Xruşşov zala müraciət eləyir ki, kim idi o. Heç kimin səsi çıxmır. Sonra Xruşşov da deyir ki, baxın, buna görə biz də heç nə deyə bilmirdik".

# 3545 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər