Qüdsdə arılar imperator Adrianın heykəlini yaradır

Qüdsdə arılar imperator Adrianın heykəlini yaradır
14 iyul 2023
# 16:20

Qüdsdə dünyanın ən nadir və qeyri-adi heykəli yaradılır. Onun heykəltaraşları arılardır. İsrail Muzeyinin bu xüsusi layihəsi Roma imperatoru Adrianın bürünc heykəlinin rekonstruksiyasını nəzərdə tutur.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, qeyri-adi büst Qüdsdəki İsrail Muzeyində imperatorun bürünc büstü ilə yanaşı nümayiş etdiriləcək. Bu heykəl möcüzə nəticəsində antik dövrlərdən günümüzə gəlib çatıb. Onu 1975-ci ildə Beyt-Şean vadisində aşkar ediblər.

Bu yaxınlarda arılar heykəlin yeni variantının üzərində işləyir. On minlərlə arı İsrail Muzeyinin bağında xüsusi yaradılmış pətəklərdə əmək sərf edirlər.

Unikal layihə 1800 il əvvəl bürünc heykəlin ərsəyə gəlməsi üzrə metoda uyğundur. Bu, özəl tökmə əməliyyatı “İtirilmiş bal mumu” adlanır. Elə antik dövrdə də heykəlin bürüncdən tökülməsi zamanı bal mumundan istifadə ediblər. Heykəltaraşlar indi də bu texniki metoddan istifadə edirlər.

Layihəni reallaşdırmaq üçün arıları “memarlıq” bal pətəyinə yönəldir və bu mürəkkəb texniki prosesi skaner və üçölçülü printerin köməyi ilə həyata keçirirlər. Bir neçə ayda sonra mum modeli muzeyin qalereyasında imperator Adrianın bürünc büstü ilə yanaşı qoyulacaq.

Qeyd edək ki, layihə dizayn və memarlıq üzrə kurator Rami Trif və ellinistik, Roma və Bizans dövrləri üzrə baş kurator David Mevirax ilə birgə əməkdaşlıq şəraitində həyata keçirilir. Prosesdə slovakiyalı dizayner və rəssam, arılarla iş metodunu işləyib hazırlamış Rafi Nir də iştirak edir. O, muzeyi arı yeşikləri ilə təchiz edib və onlara qulluq göstərir.

Azərtac

# 1936 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər