“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib

“Qorqud” folklor ansamblı IX Böyük Hun-Türk Qurultayında ölkəmizi təmsil edib
18 avqust 2026
# 20:30

Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX Böyük Hun-Türk Qurultayı keçirilib.

Kulis.az xəbər verir ki, qurultayın açılış mərasimində TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev, Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Budapeştdəki diplomatik korpusun təmsilçiləri və Türk dünyasından incəsənət nümayəndələri, elm adamları və folklor biliciləri iştirak ediblər.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə tədbirdə ölkəmizi “Qorqud” folklor ansamblı təmsil edib. Ansamblın bədii rəhbəri Əməkdar artist Nuriyyə Hüseynova, solist Çilənay Hüseynova bəstəkar və xalq mahnılarımızı səsləndiriblər. Onları Əməkdar artistlər Təranə Əliyeva (qanun), Fəzilə Rəhimova (çəng), eləcə də Rüstəm Müslümov (tar), Ceyhun Muradov (kamança) və Əkbər Məmmədov (nağara) müşayiət ediblər.

Təmsilçilərimizin rəngarəng ifaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Üç gün davam edən etnofestival çərçivəsində konsert proqramları, süvari paradları, köçəri həyat və qədim döyüş sənəti ilə bağlı təqdimatlar, əl sənətləri sərgiləri, həmçinin arxeologiya və antropologiya sahələri üzrə elmi toplantılar təşkil olunub.

Qeyd edək ki, iki ildən bir keçirilən Böyük Hun-Türk Qurultayı türk xalqları və onların diaspor təşkilatları arasındakı birliyin daha da möhkəmləndirilməsi məqsədi daşıyır.

# 1347 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər