“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi

“Qlaqolitsa” ədəbi mükafatı üçün ərizələrin qəbuluna start verildi
23 aprel 2024
# 10:40

Qlaqolitsa” XI Beynəlxalq müstəqil ədəbi mükafatı “İki dillilər” nominasiyasında ədəbi əsərlərin qəbuluna start verildiyini elan edir.

Kulis.az xəbər verir ki, tədbirdə iştirak etmək üçün xaricdə yaşayan 10-17 yaşında rusdilli uşaqlar və dünyanın istənilən ölkəsində rus dilini öyrənən əcnəbi vətəndaşlar dəvət olunur.

Müsabiqə işləri istənilən mövzuda hekayələr, şeirlər, nağıllar, novellalar, romanlar, povestlər formatında qəbul edilir. Gənc müəlliflərin əsərləri məşhur yazıçılar, tərcüməçilər və jurnalistlər tərəfindən qiymətləndirilir.

Müsabiqənin nəticələrinə görə finalçılar 2024-cü ilin noyabr ayına Kazan şəhərinə ədəbi tədbirə vəsiqə, qaliblər isə planşet, kiçik kitabxana dəsti və əsas mükafatı – “Kristal bayquş” heykəlciyini əldə edəcəklər.

İşlər sentyabrın 16-dək qəbul olunur.

İştirak etmək üçün https://www.glagolitsa-rt.ru/ sayta müraciət etmək olar.

# 2758 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər