“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başlayır

“Qış nağılı”  II Beynəlxalq Musiqi Festivalı başlayır
5 fevral 2026
# 10:23

Azərbaycanın dilbər guşələrindən olan Qəbələ şəhəri yenidən öz qapılarını sənətsevərlərin, Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açır. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və “Gilan”ın dəstəyi ilə bu gün Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start veriləcək.

Kulis.az xəbər verir ki, “Qış nağılı” 2009-cu ildən ənənəvi olaraq yay mövsümündə təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalının davamı kimi artıq ikinci ildir soyuq qış günlərində sənətsevərləri bir araya gətirir.

Festivalın keçiriləcəyi 4 gün ərzində Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində musiqisevərlərə rəngarəng proqram təqdim ediləcək. Vokal, kamera instrumental musiqi axşamları, solo çıxışlar, flamenko-caz, Azərbaycan-İspaniya, Bakı-Neapol kimi musiqi gecələri izləyicilərin ürəyincə olacaq.

Festivala hazırlıq işləri artıq tam yekunlaşıb. Proqrama uyğun olaraq, bu gün axşam Konqres Mərkəzində Qəbələ “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının ilk konserti keçiriləcək. Dahi bəstəkar Qara Qarayevin musiqi irsinə həsr olunacaq gecədə Xalq artistləri Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə və Azərbaycan Dövlət Simli Kvarteti səhnəyə çıxacaq.

“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalının növbəti günündə Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri, Əməkdar artist Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton) çıxış edəcəklər.

Festival çərçivəsində fevralın 7-də Azərbaycanla İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: Musiqi körpüsü” kamera musiqi axşamı keçiriləcək. İzləyicilər Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini dinləyəcəklər.

Fevralın 8-də isə Beynəlxalq Musiqi Festivalının bağlanışı mərasimi olacaq. “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxacaq.

# 1156 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər