“Qış nağılı” festivalında kamera axşamı keçirildi

“Qış nağılı” festivalında kamera axşamı keçirildi
9 fevral 2026
# 10:24

Qəbələ festivalı musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa mühüm töhfə kimi dəyərləndirilə bilər. “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı da bu mənada istisna deyil.

Kulis.az xəbər verir ki, festival çərçivəsində fevralın 7-də Qəbələdə Azərbaycan ilə İtaliya arasında dostluğu təcəssüm etdirən “Bakı-Neapol: musiqi körpüsü” kamera musiqisi axşamı keçirilib. Heydər Əliyev Konqres Mərkəzində keçirilən konsertdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, yerli musiqisevərlər, şəhərin qonaqları iştirak ediblər.

Konsertdən əvvəl Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva çıxış edərək, proqrama Azərbaycan və italyan bəstəkarlarının romans janrında yazdıqları əsərlərinin daxil edildiyini diqqətə çatdırıb və bu janrın xüsusiyyətləri barədə qısa məlumat verib.

Konsertdə V.Bellininin “Melanxoliya” romansı, Səid Rüstəmovun “İntizar”, “Hardasan”, Sevda İbrahimovanın “Oyan, Bülbül”, Tofiq Quliyevin “Bakılıyam mən”, “Lirik mahnı”, “Bəxtəvər oldum”, “Qızıl üzük”, Vasif Adıgözəlovun “Qərənfil”, “Bakı haqqında mahnı”, Polad Bülbüloğlunun “Şən Azərbaycan”, həmçinin R.Falvonun “Dicitencello vuje”, S.Kardillonun “Heapolitan mahnısı “Katari”, F.Tostinin iki romansı, C.Biksionun “Parlami D amore Mariu” əsərləri səsləndirilib.

Xalq artistləri Fərhad Bədəlbəyli (piano), Murad Adıgözəlzadə (piano) və Əməkdar artist Emil Əfrasiyabın (piano), həmçinin solistlər Afaq Abbasova (soprano), Aytac Şıxəlizadə (mezzo-soprano), Azər Zadə (tenor), Mahir Tağızadə (bariton) və Aysun Mahmudzadənin (soprano) ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

Konsertin sonunda bütün solistlər Tofiq Quliyevin “Dostluq mahnısı”nı ifa ediblər.

Fevralın 8-də axşam Heydər Əliyev Konqres Mərkəzində “Qış nağılı” Beynəlxalq Musiqi Festivalının təntənəli bağlanış mərasimi və yekun konserti olacaq. “Azərbaycan-İspaniya: iki ölkə, bir musiqi” adlı flamenko-caz musiqi gecəsində İspaniyadan dəvət alan ifaçı və rəqqaslar səhnəyə çıxacaq.

# 1130 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər