Qırmızı Qəsəbədəki qədim yəhudi qəbiristanlığı rəqəmsallaşdırılacaq

Qırmızı Qəsəbədəki  qədim  yəhudi  qəbiristanlığı   rəqəmsallaşdırılacaq
21 avqust 2025
# 18:10

Qırmızı Qəsəbədə qədim yəhudi qəbiristanlığının rəqəmsallaşdırılması üzrə elmi-tədqiqat ekspedisiyasına start verilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Qubada yerləşən və XVIII əsrin sonlarından bu günə qədər qorunub saxlanılan yəhudi qəbiristanlıqlarının sistemli şəkildə öyrənilməsi, yəhudi irsinin qorunması, rəqəmsallaşdırılması və gələcək nəsillərə ötürülməsi məqsədini daşıyan layihə Dağ Yəhudiləri Dini İcmasının və STMEGI Beynəlxalq Xeyriyyə Fondunun dəstəyi ilə Yəhudiliyin Tədqiqi Mərkəzi “Sefer” tərəfindən həyata keçirilir. Ekspedisiyada dünyanın müxtəlif ölkələrindən gəlmiş 15 nəfərlik mütəxəssis qrupu iştirak edir.

Tədqiqatlar nəticəsində bütün məzarların dəqiq planının hazırlanması, baş daşlarının şəkillərinin, ölçülərinin, məzmunlarının və yerləşmə koordinatlarının vahid elektron sistemə daxil edilməsi nəzərdə tutulur. Həmçinin qəbiristanlığın dəqiq xəritəsinin çıxarılması, məzar daşlarının foto və ölçü çəkilişləri, ivrit dilindəki yazıların deşifrə edilməsi və dəfn yerlərinin elektron bazaya daxil edilməsi planlaşdırılır.

Qeyd edək ki, hazırda Qubada ümumilikdə 15 hektar ərazini əhatə edən 3 yəhudi qəbiristanlığı mövcuddur. Burada 3000-dən artıq məzar daşı qorunub saxlanılır. Layihə yalnız Azərbaycanın deyil, ümumilikdə Qafqaz regionunun yəhudi irsinin qorunması baxımından da əhəmiyyətli sayılır.

Məlumat üçün bildirək ki, “Sefer” Mərkəzi 2018–2020-ci illərdə Rusiya Yəhudi Konqresinin dəstəyi ilə Cənubi Dağıstanda oxşar ekspedisiyalar həyata keçirib. Həmin araşdırmalar nəticəsində Arak, Mamraç, Abasav, Xancalqala, Karçaq və digər kəndlərində 12 dağ yəhudi qəbiristanlığı öyrənilmiş, 1400-dən çox məzar daşı sənədləşdirilmişdir. Tarixi məlumatlara əsasən, Karçaq kəndindən olan yəhudi ailələrinin əksəriyyəti təqribən 200 il əvvəl Qırmızı Qəsəbəyə köç edənlərdir.

Ekspedisiyanın nəticəsi olaraq hazırlanacaq elektron kataloq vasitəsilə dünyanın müxtəlif ölkələrində yaşayan Quba mənşəli yəhudilər öz əcdadlarının məzarlarını tapmaq, başdaşlarını görmək və ailə tarixləri ilə bağlı daha geniş məlumat əldə etmək imkanı qazanacaqlar.

# 2406 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər