"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarıldı

"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarıldı
30 iyul 2026
# 13:01

İki ay əvvəl vətəndaş tərəfindən verilmiş məlumat əsasında Babək rayonu ərazisində yaralı vəziyyətdə tapılan Bürkut (qızılı qartal) (Aquila chrysaetos) Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən mühafizəyə götürülərək baytar həkimin nəzarəti altında müalicə olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, aparılan müalicə tədbirləri nəticəsində tam sağalan qartal Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Ləkətağ kəndi yaxınlığındakı Kola adlanan dağlıq ərazidə təbii yaşayış arealına qaytarılıb.

Qeyd edək ki, Bürkut (qızılı qartal) (Aquila chrysaetos) Naxçıvan Muxtar Respublikasının fauna aləminə məxsus, Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş nadir və xüsusi mühafizə olunan yırtıcı quş növlərindən biridir. Bu növün təbii yaşayış mühitində qorunması biomüxtəlifliyin mühafizəsi və ekoloji tarazlığın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

"Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarılıb - FOTO "Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarılıb - FOTO "Qırmızı Kitab"a daxil edilmiş nadir qızılı qartal Naxçıvanda təbiətə qaytarılıb - FOTO

# 653 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər