Qərb mətbuatında Nizami Gəncəvi haqqında məqalə dərc edildi

"Vostok" jurnalı

"Vostok" jurnalı

11 dekabr 2021
# 16:30

Almaniyada nəşr olunan “Vostok” jurnalında “Nizami Gəncəvi – 880 ildən bəri canlı” adlı məqalə dərc olunub.

Kulis.az xəbər verir ki, Almaniyada nəşr olunan “Vostok” jurnalında “Nizami Gəncəvi – 880 ildən bəri canlı” adlı məqalə (məqalə 2021-ci ilin birinci yarısında hazırlanaraq jurnalın redaksiyasına təqdim edilmiş, bu jurnalın payız-qış buraxılışında isə işıq üzü görüb) işıq üzü görüb.

Məqalədə Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verilir. Bildirilir ki, Nizaminin əsərlərində işıqlandırılan mövzular hər zaman aktuallığını qoruyur. Onun əsərləri bir növ Azərbaycan folklorunun ensiklopediyası kimi xarakterizə edilə bilər.

Nizamini Höte ilə müqayisə edən müəlliflər bildirirlər ki, Nizami və Höte həm təbiət elmləri, həm də humanitar elmlərdə eyni dərəcədə maraqlı və bilik yönümlü idilər. Hər ikisi həmişə daha dərin, “ilahi” bilik axtarırdılar.

Onlar diqqətə çatdırırlar ki, Nizami öz yaradıcılığı ilə Azərbaycanın milli-mədəni sərvəti olmaqla yanaşı, eyni zamanda millətlərüstü və dünya miqyaslı şəxsiyyətdir.

Məqalədə eyni zamanda 2021-ci ildə Azərbaycanda və dünyanın bir çox ölkələrində şairin 880 illik yubileyinin qeyd olunduğu vurğulanır.

# 2921 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər