"Qəlblərin harmoniyası–6” festivalı gənc istedadları bir araya gətirəcək

"Qəlblərin harmoniyası–6”  festivalı gənc istedadları bir araya gətirəcək
24 aprel 2026
# 12:49

Davud Qədiroğlunun təşkilatçılığı və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə aprelin 25-də Bakı Gənclər Mərkəzində “Qəlblərin harmoniyası–6” adlı ənənəvi rəqs və gimnastika festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festival Beynəlxalq Rəqs Gününə həsr olunub.

“Qəlblərin harmoniyası” rəqs və gimnastika festivalının əsas məqsədi unudulmaqda olan Azərbaycan milli rəqslərini, eləcə də dünya rəqslərini uşaq və gənclər arasında tanıtmaq, milli-mədəni irsin qorunmasına və təbliğinə töhfə verməkdir. Eyni zamanda festival, mədəni və sosial müxtəlifliyə baxmayaraq, rəqsin insanlar arasında emosional özünüifadə, ünsiyyət və birlik vasitəsi olduğuna diqqət çəkməyi hədəfləyir.

Festival çərçivəsində uşaqlar, yeniyetmələr və gənclər Azərbaycan milli və dünya rəqsləri, həmçinin gimnastik çıxışlarla səhnəyə çıxaraq öz istedadlarını nümayiş etdirəcəklər. Tədbir gənc nəslin yaradıcılıq potensialının inkişafına, estetik zövqünün formalaşmasına və mədəni dəyərlərə bağlılığının güclənməsinə xidmət edir.

“Qəlblərin harmoniyası–6” festivalı çərçivəsində iştirakçıların çıxışlarını Xalq artisti Tamilla Eldarova, Əməkdar artistlər Etibar Zeynalov və Zemfira Həsənova, rəqqas-pedaqoqlar Səbinə Zəkriyyayeva və Nərgiz Əbilova, həmçinin ritm ifaçısı-pedaqoq Cəfər Həsənov qiymətləndirəcəklər.

# 1108 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər