Qədim Misirdə arxeloqları təəccübləndirən sirr

Qədim Misirdə arxeloqları təəccübləndirən sirr
8 iyul 2025
# 16:30

Qədim Misir tarixinin ən güclü və sirli hökmdarlarından biri olan firon Hatşepsutun heykəlləri ilə bağlı 100 illik suallara aydınlıq gəlib.

Kulis.az xəbər verir ki, yeni akademik araşdırma Hatşepsutun heykəllərinin niyə dağıdıldığı ilə bağlı davam edən siyasi qisas nəzəriyyəsini yenidən müzakirə obyektinə çevirib.

Eramızdan əvvəl 1479-1458-ci illər arasında yaşamış Hatşepsut Qədim Misirin 18-ci sülaləsindən olan iki qadın firondan biri idi. Ölümündən sonra heykəllərinin dağıdılması uzun illər qardaşı oğlu III Tutmosun onu tarixdən silmək cəhdi kimi şərh edilib.

Ancaq Toronto Universitetindən Misirşünas Cun Yi Vonq tərəfindən "Antiquity" jurnalında dərc edilən yeni araşdırmaya görə, bu dağıntı şəxsi və ya siyasi deyil, dövrün dini ənənələri ilə bağlı idi. Vonq Metropolitan İncəsənət Muzeyinin 1922-1928-ci illər arasında apardığı qazıntılarda ortaya çıxan minlərlə heykəl parçasını araşdırıb. Heykəllərin üzlərinin qırılmaması və üzərindəki yazıların silinməməsi diqqəti cəlb edib.

Vonqun araşdırması Hatşepsutun heykəllərinə olan rəftarın şəxsi intiqam deyil, dini ritual olduğunu aşkar etməklə qədim Misirdə siyasi-dini rituallara baxış bucağını dəyişdirdi.

Lakin Vonq Hatşepsutun ölümündən sonra siyasi təzyiq kampaniyasının hədəfi olduğunu da etiraf edir.

"Onun adı və təsvirləri bir çox abidələrindən sistematik olaraq silinib. Bu, III Tutmosun başlatdığı kampaniyanın nəticəsidir" deyir.

# 2038 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər