Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək

Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək
29 iyul 2026
# 15:30

29 iyul-3 avqust tarixlərində Qəbələdə ilk dəfə “GabalaFest” keçiriləcək.

Kulis.az xəbər verir ki, musiqini, incəsənəti, mədəniyyəti və yaradıcılığı bir araya gətirən festival çərçivəsində konsertlər, beynəlxalq sərgilər, kitab yarmarkası, sənət və əl işləri nümayişləri, ustad dərsləri, interaktiv proqramlar, qastronomiya məkanları və müxtəlif mədəni layihələr təşkil olunacaq.

“GabalaFest”in əsas istiqamətlərindən birini XV Qəbələ Beynəlxalq Musiqi Festivalı təşkil edəcək. Festival günlərində müxtəlif ölkələrdən musiqiçilərin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunacaq.

Festival çərçivəsində ziyarətçilər “Mədəniyyətlərin Qovşağı” adlı beynəlxalq incəsənət sərgisini də ziyarət edə biləcəklər. Heydər Əliyev Konqres Mərkəzində təşkil olunacaq sərgidə Azərbaycanın və müxtəlif ölkələrin tanınmış rəssam və heykəltəraşlarının əsərləri nümayiş etdiriləcək. Müxtəlif mədəniyyətləri sənətin dili ilə bir araya gətirən sərgi festivalın beynəlxalq ruhunu əks etdirəcək.

Festival proqramının mühüm hissələrindən biri də TEAS Press, 3 Alma və Libraff-ın iştirakı ilə təşkil olunacaq Kitab Sərgisi olacaq. Burada müxtəlif nəşrlər təqdim ediləcək, ziyarətçilər Azərbaycan və dünya ədəbiyyatının seçilmiş nümunələri ilə tanış olmaq, kitablar əldə etmək və festivalın ədəbi proqramında iştirak etmək imkanı qazanacaqlar.

# 753 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər