Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək
11 iyul 2026
# 12:00

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günü – iyulun 29-da axşam saatlarında açıq səma altında balet qala-konserti keçiriləcək.

Kulis.az xəbər verir ki, Azərbaycanın və digər ölkələrin məşhur balet ulduzlarının iştirakı ilə baş tutacaq bu unudulmaz gecə klassik balet sənətinin gözəlliyini və zərifliyini tamaşaçılara təqdim edəcək.

Həmin gecə Qəbələ şəhəri festivalın məqsədinə uyğun olaraq mədəniyyətlərarası dialoqun mühüm platformasına çevriləcək. Belə ki, festival eyni zamanda müxtəlif ölkələrin, fərqli mədəniyyətlərin ən parlaq təmsilçilərini bir araya gətirəcək.

Səhnəyə Azərbaycanın Əməkdar artisti, Mariinski Teatrının aparıcı solisti Timur Əsgərov və həmin teatrın aparıcı solisti Renata Şakirova, Bavariya Dövlət Baletinin solistləri Frederik Stukviş və Janna Qubanova, Rusiyanın Bolşoy Teatrının balet truppasının premyeri Artyom Ovçarenko və birinci solisti Anna Tixomirova, Vyana Dövlət Baletinin solistləri Alessandro Frola və Medison Yanq, Niderlandın Milli Baletinin solistləri Cessika Xuan və Vsevolod Mayevski çıxacaqlar.

Təxminən saat yarım davam edəcək qala-konsertdə dünyaşöhrətli bəstəkarların əsərləri səhnələşdiriləcək. Tamaşaçılar Lüdviq Minkusun "Don Kixot", Sergey Prokofyevin "Romeo və Cülyetta", Adolf Adanın "Jizel" və digər sevilən baletlərdən parçalar izləyəcəklər.

Dünyanın tanınmış balet artistlərinin ifasında təqdim olunacaq qala-konsert tamaşaçılara unudulmaz sənət bayramı yaşadacaq.

Qeyd edək ki, festival Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə keçiriləcək. İyulun 29-dan avqustun 3-dək davam edəcək XV Qəbələ Beynəlxalq Musiqi Festivalı musiqi bayramı olmaqla yanaşı, xalqları birləşdirən, sərhədləri aşan, unudulmaz təqdimatlarla yadda qalacaq.

Azərbaycanla yanaşı, musiqi bayramına Almaniya, Avstriya, Qazaxıstan, Moldova, Niderland, Özbəkistan, Rusiya və Vyetnamdan olan incəsənət ustaları dəvət alıb.

# 845 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər