Qazaxıstan Prezidenti Məti Osmanoğlunu təltif etdi

Qazaxıstan Prezidenti Məti Osmanoğlunu təltif etdi
1 iyul 2026
# 13:20

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı ədəbiyyatşünas, Bakı Dövlət Universitetinin (BDU) Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi Məti Osmanoğlunu “Altın Bars” döş nişanı və Fəxri Təşəkkürnamə ilə təltif edib.

Kulis.az xəbər verir ki, dövlət başçısının şəxsi diqqətinin və minnətdarlığının rəmzi olan “Altın Bars” döş nişanı, adətən, elm və mədəniyyət sahələrində, eləcə də xalqlar arasında mənəvi birliyin qorunmasında müstəsna xidmətləri olan ziyalılara təqdim olunur.

Qardaş ölkənin dövlət başçısının yüksək təltiflərini Məti Osmanoğluya Qazaxıstan Prezidentinin ölkəmizdə səfərdə olan müşaviri Malik Otarbayev BDU-nun professor-müəllim heyəti ilə keçirdiyi görüş zamanı təqdim edib.

Prezident Kasım-Jomart Tokayevin Məti Osmanoğluya ünvanlandığı Fəxri Təşəkkürnamədə deyilir:

"Siz uzun illər boyu ədəbiyyatşünaslığın aktual məsələlərini dərindən araşdıran görkəmli alim kimi tanınırsınız. Azərbaycan və türk xalqlarının bədii söz sənətində varisliyi hərtərəfli təhlil edən əsərlərinizlə qazax şair və yazıçılarının yaradıcılığının təbliğ olunmasına mühüm töhfələr verməkdəsiniz. Qardaş ölkələrimizin mənəvi və mədəni əlaqələrinin möhkəmləndirilməsi yolundakı səmərəli əməyinizə görə Sizə təşəkkürümü bildirirəm".


# 1169 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər