“Qazax nəsri” antologiyasi nəşr edildi

“Qazax nəsri” antologiyasi nəşr edildi
30 iyun 2022
# 17:00

İyulun 2-də iki Azərbaycan Resublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlər qurulmasının 30 ili tamam olur.

Kulis.az xəbər verir ki, “Qanun” nəşriyyatında çapdan çıxan 608 səhifəlik “Qazax nəsri” antologiyası da bu əlamətdar hadisəyə həsr olunub. Qazaxıstan Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə işıq üzü görən antologiyanın tərcüməçisi və tərtibçisi Nəriman Əbdülrəhmanlı, redaktoru isə Mahir Qarayevdir.

Azərbaycan oxucularına təqdim edilən “Qazax nəsri” antologiyası xalqlarımız və ədəbiyyatlarımız arasındakı əlaqələri daha da möhkəmləndirmək yolunda atdığımız addımlardan biridir. Antologiyaya böyük Abaydan başlamış 2000-ci illərdə ədəbiyyata gələn gənc ədəbi nəslin mümayəndələrinədək 54 yazıçının yaradıcılığından seçmə nümunələr daxil edilib. Abayın “Qara söz”ündən parçalar, Şakərimin pritçaları, qüdrətli söz ustası Muxtar Auezov ilə yanaşı, Abiş Kekilbayev, Muxtar Mağauin, Kabdeş Jumadilov, Kalixan İskakov, Saken Junusov, Akim Tarazi, Sain Muratbekov, Dulat İsabekov, Oralxan Bökey, Dukenbay Dosjanov, Sətimjan Sanbayev, Rollan Seysenbayev, eyni zamanda, qazax nəsrinin müstəqillik dövrü nümayəndələrinin əsərləri Azərbaycan oxucusunun mənəvi aləminin zənginləşməsində sanballı rol oynayacaq.

Müəlliflər haqqında dolğun bioqrafik məlumatların təqdim olunması isə antologiyanın sanbalını daha da artırır. Onu da qeyd edək ki, oxucular antologiyadakı yazıçıların əksəriyyətinin yaradıcılığı ilə ilk dəfə tanış olmaq fürsəti qazanacaqlar.

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Serjan Abdıkərimovun təşəbbüsü ilə araya-ərsəyə gələn bu antologiyadakı əsərlər Azərbaycan oxucularının əlindən tutub qardaş qazax xalqının qüdrətli ruhuna, zəngin mədəniyyətinə, zərif dünyaduyumuna çox maraqlı və sehirli səyahətə çıxaracaq.

“Qazax nəsri” antologiyası oxuculara iyul ayında təqdim olunacaq.

# 2483 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər