“Qarsın Qərbi Azərbaycan yaddaşı” sənədli filmi təqdim olunacaq

“Qarsın Qərbi Azərbaycan yaddaşı” sənədli filmi təqdim olunacaq
18 sentyabr 2025
# 13:00

Sentyabrın 20-də “Qarsın Qərbi Azərbaycan yaddaşı” sənədli filminin təqdimatı keçiriləcək.

Kulis.az xəbər verir ki, sənədli film Türkiyənin Qars vilayətində çəkilib və 1915–1920-ci illərdə deportasiya dövründə Qərbi Azərbaycan türklərinin yaşadıqları tarixi faciələri işıqlandırıb.

Filmdə həmin dövrdə 500 mindən çox soydaşımızın məcburi şəkildə Türkiyə ərazisinə köçməsindən, onların əsasən Ərzurum, Muş və Qars vilayətlərinə pənah gətirməsindən bəhs olunub.

Ekran işində Qarsın Altungedik kəndinin ən yaşlı sakini, İrəvanda doğulmuş 105 yaşlı Kudret Erolun həyat hekayəsi və valideynlərinin yaşadığı faciələr tamaşaçılara təqdim edilib.

Həmçinin 1915–1920-ci illərdə ermənilər tərəfindən Qars və ətraf ərazilərdə törədilən cinayətlər, o cümlədən 1918-ci ildə Ulu Camidə yandırılan yüzlərlə qarslı barədə faktlar nümayiş olunub.

Qeyd edək ki, ekran işi Azərbaycan televiziyasının (AzTV) istehsalıdır..

# 1330 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər