Qarabağın dirçəlişinə həsr olunan sərgi açıldı

Qarabağın dirçəlişinə həsr olunan sərgi açıldı
15 may 2026
# 17:46

Azərbaycan İstiqlal Muzeyində 18 May – Beynəlxalq Muzeylər Gününə və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına həsr olunmuş “Dirçələn Qarabağ” adlı sərgi açılıb.

Kulis.az xəbər verir ki, sərgidə Qarabağın bərpası, şəhərsalma və memarlıq layihələri, eləcə də regionun tarixi-mədəni irsinin yenidən dirçəldilməsi istiqamətində həyata keçirilən işlər nümayiş etdirilib.

Ekspozisiyada ümumilikdə 27 rəsm əsəri təqdim olunub. Sənət nümunələrində Qarabağın tarixi, zəngin mədəni irsi, füsunkar təbiəti və yenidənqurma prosesi bədii şəkildə əksini tapıb.

Sərginin əsas məqsədi Qarabağın müasir inkişaf konsepsiyasını, aparılan yenidənqurma prosesini və Azərbaycanın mədəni irsinin qorunması istiqamətində görülən işləri ictimaiyyətə çatdırmaqdır.

Tədbir çərçivəsində rəssam Mehriban Alışova və tarix elmləri doktoru Bəhmən Kərimov çıxış edərək Qarabağın əsrlərə söykənən zəngin tarixi-mədəni irsindən, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıblar. Natiqlər vurğulayıblar ki, Qarabağın dirçəlişi təkcə şəhər və kəndlərin yenidən qurulması deyil, həm də milli-mənəvi dəyərlərin, mədəni yaddaşın və tarixi irsin yenidən həyata qaytarılması deməkdir.

Qeyd olunub ki, incəsənət və rəssamlıq bu prosesdə mühüm mənəvi missiya daşıyaraq cəmiyyətin tarixi yaddaşının qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.

Sərgi mayın 25-dək davam edəcək.

# 855 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər