“Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan olundu

“Qarabağın daş yaddaşı”  fotomüsabiqəsi elan olundu
10 iyul 2026
# 15:53

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən “Qarabağın daş yaddaşı” fotomüsabiqəsi elan edilib.

Kulis.az xəbər verir ki, “Gilavar Foto Klubu” İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunan müsabiqə 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar keçirilir və işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi-mədəni və dini abidələrimizə həsr olunub.

Müsabiqənin keçirilməsində əsas məqsəd həvəskar və peşəkar fotoqrafların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin zəngin tarixi-mədəni irsinə fərqli rakurslardan yanaşması və eyni zamanda, Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix və mədəniyyət abidələrimizə diqqət çəkməkdir.

Həm peşəkar, həm də həvəskar fotoqrafların iştirak edə biləcəyi müsabiqəyə hər iştirakçı maksimum 3 fotoiş təqdim edə bilər. Fotolar rəngli və ya ağ-qara şəklində rəqəmsal formatda (jpeg formatında, 300 dpi) təqdim edilməli, fotoların uzun tərəfi 3 min piksel, ölçüsü isə 3 MB-dan çox olmamalıdır.

Fərqlənən iştirakçılar sertifikatla, qaliblər isə diplom və pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqədə iştirak etmək istəyən şəxslər sentyabrın 30-dək bu link vasitəsilə qeydiyyatdan keçməli və fotoişlərini təqdim etməlidir.

# 943 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər