Qarabağ xalçaları Abşeron torpağında

Qarabağ xalçaları  Abşeron torpağında
19 mart 2025
# 09:15

Builki Novruz ərəfəsində Abşeronun dəniz-torpaq timsallı mavi-sarı rənglərinə Qarabağın allı-güllü çalarları da əlavə olunub.

Kulis.az xəbər verir ki, Suraxanı Rayon İcra hakimiyyəti və Azərbaycan Mədəni İrs Sənətkarlığına dəstək və Kreativ Sənaye İctimai Birliyinin təşkilatçılığı ilə Suraxanıda və Xırdalanda silsilə tədbirlər keçirilib. Qarabağın qədim xalçaçılıq ənənələrini yaşadan yaradıcılıq mərkəzlərinin dəyərli nümunələri geniş auditoriyaya təqdim olunub.

Tədbir təşkilatçılarından biri, Laçın Xalçaçılıq Mərkəzinin rəhbəri Azər Rəsulovun dediyinə görə, sərgilənən sənət əsərləri azad Laçında toxunan xalçalardır. Bu xalçalar ənənəvi Qarabağ texnikası ilə toxunur, amma müasir tələblərə uyğun yenilikçi elementləri də özündə əks etdirir.

Qeyd edək ki, tədbir vaxtı Yaradıcı Mərkəzin “Box”ça layihəsi də təqdim edilib. Novruz bayramında boxça bağlamaq ənənəsi ailələr və yaxın dostlar arasında məhəbbəti və birliyi əks etdirir.

# 2130 dəfə oxunub

Oxşar xəbərlər

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər