Qarabağ hadisələri haqqında film çəkilir

Qarabağ hadisələri haqqında film çəkilir
12 iyul 2023
# 16:20

Qarabağ həqiqətləri haqqında film çəkilir.

Kulis.az xəbər verir ki, şəhidlərə həsr olunan film kənddə yaşayan iki dostun müharibəyə getməsi və onlardan birinin şəhid olması haqqındadır.

Filmdə şəhid son nəfəsində dostundan xahiş edir ki, ölümünü anasından gizli saxlasın. Ancaq sonda sağ qalan dost, baş verən hadisəni şəhidin anasına açıqlayır. Nəticədə şəhid anası bu vəziyyəti qəbul edir, ana kimi məğrur duruşunu itirmir, öz hisslərinə hakim olur və şəhidliyin uca zirvə olduğunu başa düşür.

Qeyd edək ki, “Ana” filmi Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun hekayəsinin motivləri əsasında ekranlaşdırılır. Filmin ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Məmmədov, rejissoru Vüsalə Tağı, operatoru Mehdi Yaqubovdur.

Filmdə İlqar Musayev, Firəngiz Babayeva, Gülər Nəbiyeva və Mirhüseyn Yaqubov və digər aktyorlar oynayırlar. Filmin çəkilişləri Xızı rayonunun Altıağac qəsəbəsində aparılır.

# 2303 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər