Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konserti
7 aprel 2026
# 15:50

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin növbəti konsert proqramı olub.

Kulis.az xəbər verir ki, proqramda Azərbaycan bəstəkarlarının zəngin yaradıcılığını əks etdirən əsərlər səsləndirilib.

Konsert proqramı görkəmli bəstəkar Qara Qarayevin “Sonatina” əsəri ilə başlayıb. Bu əsər simli kvartet üçün Fərəc Qarayev tərəfindən işlənib.

Sonra Elnarə Dadaşovanın piano və orkestr üçün “Prelüd” əsəri ifa olunub. Konsertdə Məmmədağa Umudovun “Rəqs-fantaziya” əsəri də səslənib.

Proqramın növbəti hissəsində Cavanşir Quliyevin simli orkestr üçün 4 nömrəli “Dastan” simfoniyası səsləndirilib. Əsərdə solist olaraq violin ifaçısı Surə Rüfət çıxış edib.

Sonda Firəngiz Əlizadənin “Rəqs” əsəri ifa edilib.

# 1193 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər