"Qanun" nəşriyyatı müsabiqəyə qəbul vaxtını uzatdı

"Qanun" nəşriyyatı müsabiqəyə qəbul vaxtını uzatdı
17 iyul 2024
# 17:55

"Qanun" nəşriyyatının elan etdiyi nağıl müsabiqəsinə qəbul müddəti uzadıldı.

Kulis.az xəbər verir ki, müsabiqəyə qatılanların sayı çox az olduğu üçün vaxtı sentyabrın 15-nə qədər uzatmağa qərar verilib.

Müsabiqənin şərtləri:

Müsabiqəyə Azərbaycan dilində, bu vaxta qədər heç yerdə çap olunmayan və 7 min işarədən (arasız) artıq olmamaq şərti ilə nağıllar qəbul edilir.

Mövzu ilə bağlı tələblər:
Nağılların məzmunu uşaqları maraqlandıran məsələlərə, onların dünya görüşünə, tərbiyəsinə, həyat-tərzinə, keçdikləri dərslərinin mövzularına uyğun gəlməli, onlarda yaxşı və pis vərdişlər arasında seçim etmək imkanı yaratmalı, cəsurluq, elmə maraq, dostlluq münasibətləri, vətənpərvərlik, məntiqlə davranmaq kimi hisslər aşılamalıdır. Mətnlər mütləq nağıl janrına uyğun gəlməli, xalq yaradıcılığında olduğu kimi özündə sərbəst fantaziyanı əks etdirməlidir.

Müsabiqədə qalib gələn nağıllar aşağıdakı şəkildə mükafatlandırılacaq:

Birinci yer 300 manat + 200 manatlıq kitab kuponu;

İkinci yer 200 manat + 100 manatlıq kitab kuponu;

Üçüncü yer 100 manat + 50 manatlıq kitab kuponu.

Hərəsi 50 manatlıq kitab kuponu olmaqla 5 həvəsləndirici mükafat.

Müsabiqəyə mətnlər 15 sentyabr 2024-cü ilə qədər qəbul edilir.

Mətnlər Times New Roman 12 şrifti ilə yazılıb nəşriyyatın aşağıdakı elektron ünvanına göndərilməlidir: [email protected]

Nəşriyyatla əlaqə: 012 431 16 62

# 2750 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər