Məşhur amerikalı repçi Kanye Uestin 2026-cı il Avropa konsert turu çərçivəsində bir çox ölkədə nəzərdə tutulan çıxışları ləğv olunub və ya qadağan edilib.
Kulis.az xəbər verir ki, Böyük Britaniya, Fransa, İtaliya, Polşa və İspaniya kimi ölkələr sənətçinin antisemit bəyanatlarına və antisemitik hərəkətlərinə görə konsertlərini təxirə saldığı halda, Niderland və Türkiyədə şouların keçirilməsinə icazə verilib.
Bütün bu müzakirələrin fonunda repçinin oktyabrın 10-u və 11-də Sankt-Peterburqdakı "Qazprom Arena"da iki böyük stadion konserti verəcəyi bildirilib.
Şoular reallaşacağı təqdirdə Kanye Uest 2022-ci ildən bəri Rusiyada səhnəyə çıxan ilk böyük Qərb musiqi ulduzu olacaq.
Bununla belə, Rusiyanın mühafizəkar dairələri və millət vəkilləri bu konsertlərin keçirilməsinə qarşı çıxaraq ifaçını kəskin tənqid ediblər.
Qalmaqallı repçi Rusiyada konsert verəcək
Oxşar xəbərlər
Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə
17:08
9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi
16:51
9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq
15:45
9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər
14:37
9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb
14:30
9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi
12:30
9 noyabr 2026