Qadınlar səhər-səhər geyinəndə… - Riçard Brotiqanın hekayəsi

Qadınlar səhər-səhər geyinəndə… - Riçard Brotiqanın hekayəsi
30 yanvar 2026
# 14:40

Bu gün tanınmış amerikalı yazıçı Riçard Brotiqanın doğum günüdür.

Kulis.az onun "Qadınlar səhər-səhər geyinəndə…" hekayəsini Seyfəddin Hüseynlinin tərcüməsində təqdim edir.

Bu, həqiqətən, çox gözəl bir təəssürat yenilənməsidir: qadın səhər-səhər geyinir, görürsən, büsbütün başqalaşıb, onun necə geyindiyinə əvvəllər heç baxmamısan.

Siz aşiq-məşuq olub, yatağa da girmisiz və daha bundan o yana bir şey qalmır, odur ki, vaxtdır – geyinməlidir.

Ola bilsin, siz artıq səhər yeməyi yemisiz; qısa geyməsini əyninə alıb, iştahaçan əndamını gizlətmədən, mətbəxdə şappaşapla vurnuxa-vurnuxa sənə qəşəng bir "lütyanbız qəlyanaltı” hazırlayıb, o arada Rilkenin poeziyasını söküb-yığmısız, bu mövzuda dərin bilgisiylə səni heyrətləndirib də.

Amma indi vaxtdır, geyinməlidir, çünki hər ikiniz xirtdəyəcən kofe içmisiz və artıq o, evinə dəyməlidir, işə çatmalıdır, sən özün də tək qalmaq istəyirsən, axı evdə nəsə işin var; heç bayırda xoş bir gəzinti də alınmaz, çünki sən evinə dəyməlisən, işə çatmalısan, onun da evdə işi qalıb.

Yaxud… hətta bu, sevgi də ola bilər. Ancaq nə fərqi: o geyinməlidir və bu məqam elə gözəldir ki. Onun vücudu yavaş-yavaş yoxa çıxır və sonra paltarda, bütün gözəlliyilə peyda olur. Bunda nəsə bir məsumiyyət var.

O geyindi və başlanğıc bitdi.

# 1527 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər