Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda
16 fevral 2026
# 16:23

Azərbaycan Prodüserlər Gildiyası 76-cı Berlin Beynəlxalq Film Festivalı (Berlinale) çərçivəsində keçirilən Beynəlxalq Kino Prodüserləri Assosiasiyaları Federasiyasının (FIAPF) Baş Assambleyasında ilk dəfə rəsmi üzv statusunda iştirak edib.

Kulis.az xəbər verir ki, dünya kino sənayesinin əsas tənzimləyici qurumlarından biri olan FIAPF-ın toplantısında ölkəmizi Gildiyanın sədri Müşfiq Hətəmov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cavid Zaidov və Kino istehsalatı şöbəsinin müdiri Emin Quliyevdən ibarət nümayəndə heyəti təmsil edib.

İclasın gedişatında Azərbaycan Prodüserlər Gildiyası federasiyanın digər beynəlxalq üzvlərinə rəsmən təqdim olunub.

İclasda və keçirilən digər görüşlərdə kino istehsalında tətbiq olunan müasir hüquqi və texniki normaların ölkəmizdə adaptasiyası, qlobal film bazarındakı cari meyillər və rəqəmsal transformasiya, süni intellektin kino sənayesinə inteqrasiyası və xarici prodüserlərlə müştərək layihələrin həyata keçirilməsi perspektivləri də müzakirə edilib.

Görüşlərdə vurğulanıb ki, Azərbaycanın FIAPF üzvlüyü xarici investorlar və prodüserlər üçün etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Bu isə yaxın gələcəkdə ölkəmizdə irimiqyaslı beynəlxalq kino layihələrinin həyata keçirilməsinə zəmin yaradır.

Qeyd edək ki, bu üzvlük həmçinin, Azərbaycan prodüserlərinin beynəlxalq müəllif hüquqlarının qorunması, festivalların akkreditasiyası və qlobal kino siyasətinin formalaşdırılmasında səs hüququna malik olması deməkdir.

# 2157 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər