Plastik əməliyyat asılılığı – Onun evində niyə güzgü yoxdur?

Plastik əməliyyat asılılığı – Onun evində niyə güzgü yoxdur?
18 fevral 2025
# 11:22

Məşhurlar daim gənc və gözəl qalmaq təzyiqini ən çox hiss edən insanlardır. Xüsusilə, aktrisalar, qadın müğənnilər və modellər üçün bu həm karyeralarını qorumaq, həm də gəlir əldə etmək üçün vacib amildir. Buna görə də plastik əməliyyat etdirənlərin sayı kifayət qədər çoxdur.

Kulis.az xəbər verir ki, ən çox əməliyyat etdirən məşhurlardan biri də britaniyalı ulduz Keti Praysdır. O, keçirdiyi əməliyyatların sayını artıq özü də itirib və plastik əməliyyat "asılılığı" səbəbindən həyatında böyük itkilərlə üzləşib.

Müflis olan məşhur malikanəsini də satmalı olub.
Bütün bunlara baxmayaraq, ulduz yenidən üzgərmə əməliyyatı etdirib.

Çünki o özündən hələ də razı deyil. Hətta evində güzgü olmadığını etiraf edib.

Onun sözlərinə görə, yeni evinin hamamında da güzgü yoxdur:

“Özümə baxmağı sevmirəm. Mən özümü gözəl hesab etmirəm və mütləq gözəl olduğumu düşünmürəm. Köhnə şəkillərimə baxanda isə yalnız ah çəkirəm.”

# 3117 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər