“Planet Parni iz Baku” təltif olunub

“Planet Parni iz Baku” təltif olunub
13 dekabr 2021
# 14:18

Dekabrın 13-də Heydər Əliyev Sarayında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev 20 illik yubileyi münasibətilə “Planet Parni iz Baku” KVN teatrının kollektivi ilə görüşüb.

Kulis.az xəbər verir ki, Elnur Əliyev Mədəniyyət nazirliyinin qarşısına qoyduğu missiya haqqında məlumat verib. “Gələcəkdə yalnız milli dəyərlərini saxlayan xalqlar irəli gedəcək, dünya ölkələri fonunda seçiləcək. Bu mənada nazirliyin qarşısında zəngin mədəni dəyərlərimizi qorumaq, təbliğ etmək kimi bir missiya dayanır”,- deyən Elnur Əliyev bu istiqamətdə Mədəniyyət Nazirliyi tərəfindən strategiya hazırladığını bildirib.

44 günlük Vətən müharibədə qazandığımız tarixi qələbədən söz açan E.Əliyev deyib ki, əldə etdiyimiz qələbə həm də mədəniyyətimizin qələbəsidir.

Bildirib ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaxın zamanlarda Qarabağda əsgərlərin qarşısında qısa tamaşalar nümayiş olunacaq.

“Planet Parni iz Baku” KVN teatrının keçdiyi yola nəzər salan E.Əliyev bildirib ki, bu teatrın Moskvadakı çıxışları hər bir azərbaycanlının qəlbini fərəh hissi ilə doldurdu: “Səhnədə muğamın səslənməsi, mədəniyyətimizi yumor vasitəsilə əcnəbilərə çadırılması olduqca vacibdir. Ötən 20 illik zaman kəsiyində teatr bu işin öhdəsindən hər zaman çox böyük bacarıqla gəlib”.

Sonra Elnur Əliyev Mədəniyyət Nazirliyi adından “Planet Parni iz Baku” KVN teatrına fəxri fərman təqdim edib.

Teatrının bədii rəhbəri Tahir İmanov göstərilən diqqətə görə kollektiv adından təşəkkürünü bildirib: “Biz hər zaman Azərbaycan mədəniyyətini təbliğ etməyə çalışmışıq. Festivallardakı hər bir çıxışımızda başqa xalqlara məxsus olmayan milli adətlərimizi təbliğ edirik. İndi biz bu işi daha da yüksək səviyyədə aparmalıyıq”.

Sonda xatirə şəkili çəkdirilib./azertag.az/

# 3255 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər