Pərvinin pyesinə Tbilisidə quruluş verildi

Pərvinin pyesinə Tbilisidə quruluş verildi
8 dekabr 2023
# 12:49

13 dekabrda Gürcüstanın paytaxtında "Mən öləndə, ağlama" əsərinin premyerası baş tutacaq.

Kulis.az xəbər verir ki, H.Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında yazıçı-dramaturq Pərvinin "Mən öləndə, ağlama" pyesinin məşqləri davam edir.

Teatrın bədii rəhbəri Turqay Vəlizadə 13 dekabrda yeni tamaşanın premyerasının nəzərdə tutulduğunu bildirib:

"Artıq bir neçə aydır ki, Pərvin xanımın sevilən əsərinin məşqlərini edirik. Əsəri oxuduğum gündən ona quruluş vermək haqqında düşünürdüm. Nəhayət, yaxın zamanda tamaşaçılarımıza bu səhnə əsəri təqdim olunacaq. Bilirsiniz ki, artıq teatrımız üçün yeni binanın təməli qoyulub və inanırıq ki, çox yaxın zamanda öz səhnəmizdən tamaşaçılarımızı salamlayacağıq. Amma indilikdə bütün çətinliklərə baxmayaraq, var qüvvəmizlə, şövqlə çalışırıq. Onu da deyim ki, əsər artıq rus dilinə çevrilib, yaxın zamanda gürcü dilinə də çevriləcək. Bizim niyyətimiz bu təsirli səhnə əsərini rus və gürcüdilli tamaşaçılarımıza da təqdim etməkdir..."

Tamaşanın rejissoru Turqay Vəli-zadə, rəssamı Nino Kitiadır. Tamaşada aktyorlar - Nərmin Həsənova, Telman İsfahanlı, Mədinə Həsənova Fuad İsfahanlı iştirak edirlər. Premyera Şota Rustaveli adına Gürcüstan Akademik Teatrında baş tutacaq.

# 2652 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər