Peruda 3500 illik şəhər tapıldı

Peruda 3500 illik  şəhər tapıldı
7 iyul 2025
# 18:35

Arxeoloqlar Perunun şimalında yerləşən Barranka vilayətində 3500 il yaşı olan qədim şəhər aşkarlayıblar.

Kulis.az xəbər verir ki, qədim Peniko şəhərinin eramızdan əvvəl 1800–1500-cü illər arasında — Yaxın Şərqdə və Asiyada erkən sivilizasiyaların çiçəkləndiyi dövrdə salındığı güman edilir. Arxeoloqların fikrincə, bu şəhər Sakit okean sahilindəki erkən icmaları And dağları və Amazon hövzəsinin sakinləri ilə birləşdirən əsas ticarət mərkəzi olub.

Arxeoloq Rut Şeydinin fikrincə, bu kəşf Amerikanın ən qədim sivilizasiyası sayılan və iqlim dəyişiklikləri fonunda yoxa çıxmış Karal sivilizasiyasının taleyini anlamağa kömək edir. Güman edilir ki, Karal digər erkən sivilizasiyalardan — Hindistan, Misir, Şumer və Çindən təcrid olunmuş şəkildə inkişaf edib.

Qeyd edək ki, Peru Amerikanın ən mühüm arxeoloji tapıntılarının vətənidir. Aprel ayında Perunun sahilində, Karal sivilizasiyasının yüksək təbəqələrinə mənsub olduğu güman edilən beş min illik bir qadın cəsədi aşkar edilmişdi.

# 1645 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər