Pasternak “İçərişəhər” Qoruğunun Aparat rəhbəri təyin edildi

Pasternak “İçərişəhər” Qoruğunun Aparat rəhbəri təyin edildi
29 oktyabr 2025
# 16:50

Pasternak Yuliya Oleqovna “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının rəhbəri vəzifəsinə təyin edildi.

Kulis.az xəbər verir ki, bu barədə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, Yuliya Pasternak Bakı şəhərində anadan olub. Ali təhsilinin bakalavr dərəcəsini Bakı Dövlət Universitetində İnzibati idarəetmə ixtisası üzrə, magistr dərəcəsini isə Maliyyə menecmenti üzrə tamamlamışdır.

Əmək fəaliyyətinə 2009-cu ildə başlamış, 11 il ərzində ölkənin bank sektorunda maliyyə və mühasibatlıq sahəsində müxtəlif rəhbər vəzifələrdə çalışaraq strateji maliyyə planlaşdırılması, büdcə nəzarəti və risklərin idarə olunması üzrə dərin təcrübə qazanmışdır. 2020–2025-ci illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Maliyyə departamentinə rəhbərlik etmiş, daha sonra isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Maliyyə şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir.

Yuliya Pasternak maliyyə və idarəetmə sahəsində beynəlxalq səviyyədə tanınan ixtisasartırma proqramlarını uğurla tamamlamışdır. Beynəlxalq Maliyyə Hesabatlığı Standartları (IFRS) üzrə qabaqcıl biliklərə yiyələnmiş, vergi qanunvericiliyi və onun tətbiqi sahəsində aktual yanaşmaları mənimsəmişdir. Eyni zamanda, Almaniyada təşkilati inkişaf və innovasiya menecmenti üzrə beynəlxalq proqramlar çərçivəsində idarəetmədə müasir metodların tətbiqi üzrə bilik və bacarıqlarını təkmilləşdirmişdir.

Yuliya Pasternakın çoxşaxəli idarəçilik və təcrübəsi, dövlət və özəl sektorda həyata keçirdiyi səmərəli idarəetmə fəaliyyəti, analitik düşüncə tərzi və və strateji qərarvermə bacarığı onun bu vəzifəyə təyin olunmasına zəmin yaratmışdır.

Qeyd edək ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri vəzifəsini bundan öncə Fuad Xəlilov icra etmişdir. Onun İdarə Heyətinin üzvü təyin olunmasından sonra bu vəzifəyə Yuliya Pasternak seçilmişdir.

# 1346 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər