Parisdə “Gizli ölüm toxumları” kitabı təqdim edildi

Parisdə “Gizli ölüm toxumları”  kitabı təqdim edildi
17 iyun 2025
# 09:33

Azərbaycanın Fransadakı səfirliyinin və bu ölkədə fəaliyyət göstərən Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə təşkilatçılığı, “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə “İRS” Nəşriyyat Evinin dərc etdiyi “Gizli ölüm toxumları” kitabının təqdimatı olub.

Kulis.az xəbər verir ki, səfirliyin Parisdəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə “İRS” Nəşriyyat Evinin baş redaktoru, ANAMA yanında İctimai Şuranın üzvü Musa Mərcanlı çıxış edərək kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, ötən əsrin 90-cı illərin əvvəlində müstəqilliyini bərpa etmiş Azərbaycan qonşu dövlətin hərbi təcavüzü ilə üzləşib. Keçmiş Qarabağ münaqişəsi barədə məlumat verən baş redaktor 5 il əvvəl torpaqlarımızın işğaldan azad edildiyini söyləyib.

O, “İRS” nəşriyyat evinin hazırladığı “Gizli ölüm toxumları” kitabını təqdim edərək, münaqişənin mənfi nəticələrinin hələ də davam etdiyini, günahsız insanların həyatlarını itirdiyini deyib. İşğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinin başladığını vurğulayan M. Mərcanlı qeyd edib ki, işğal dövründə ermənilər tərəfindən Azərbaycanın Qarabağ bölgəsində 1,5 milyon mina basdırılıb. Bu gün insanların doğma torpaqlara qayıdışına ən böyük əngəl mina problemidir. Bildirilib ki, Ermənistanın hələ də dəqiq mina xəritələrini təqdim etməyib. Hazırda genişmiqyaslı quruculuq işləri aparılan bu torpaqlarda işğal dövründə Ermənistan tərəfindən basdırılmış minalar mülki şəxslərin həyatına təhlükə olaraq qalmaqda davam edir.

Diqqətə çatdırılıb ki, nəşrdə yer alan fotolar mülki insanların üzləşdikləri mina fəlakətini aydın şəkildə əks etdirir. Bu gün mina qurbanlarının sayı 500-ə yaxındır.

ANAMA yanında İctimai Şuranın üzvü insanları bu fəlakətə biganə qalmamağa və Ermənistanı mina xəritəsini verməyə məcbur etmək üçün səslərini ucaltmağa çağırıb.

# 1254 dəfə oxunub

Oxşar xəbərlər

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

18:20 25 sentyabr 2026
İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

İtaliyada qladiator döyüşlərinin nümayişi olacaq

18:00 25 sentyabr 2026
Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

Milli Kitabxanadan Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal

17:30 25 sentyabr 2026
Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

Akademik Musiqili Teatrda Anım Günü ilə əlaqədar "Bir nəfəs qədər" tamaşası

17:15 25 sentyabr 2026
Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

Göbəklitəpədə insan qəbirləri tapıldı – İlk dəfə

16:45 25 sentyabr 2026
Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər