Parisdə Baninin 120 illiyi qeyd olunub

Parisdə Baninin 120 illiyi qeyd olunub
12 dekabr 2025
# 15:14

Fransanın paytaxtı Parisdə Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Ümmülbanu Əsədullayevanın (Banin) anadan olmasının 120 illiyi münasibətilə tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Yeni Sorbon Universitetinin professoru Aleksandr Stroev, dünya ədəbiyyatının görkəmli simalarından olan Lev Tolstoyun nəticəsi Maksim Marduxayev, fransalı alimlər, jurnalistlər, iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səfir Leyla Abdullayeva çıxışı zamanı Baninin mühacirət həyatı, onun Fransa ədəbi mühitində keçdiyi çətin və məhsuldar yaradıcılıq yolu, xüsusilə də Azərbaycan qadınlarının ədəbiyyat tarixində tutduğu yeri möhkəmləndirməkdəki rolu barədə geniş məlumat verib.

Tədbirdə çıxış edən tədqiqatçı alimlər Baninin Fransa elitası arasında qazandığı xüsusi mövqedən, onun intellektual çevrələrdə yaratdığı dərin hörmətdən söz açıblar.

Daha sonra tədbirdə Hüseyn Cavadzadənin müəllifliyi ilə ərsəyə gəlmiş, yazıçının həyat və yaradıcılıq yoluna həsr edilmiş sənədli film nümayiş etdirilib.

Tədbir çərçivəsində Baninə məxsus şəxsi əşya və fotoların nümayiş olunduğu xüsusi sərgi də təşkil edilib.

# 1321 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər