Parisdə azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadənin konserti oldu

Parisdə azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadənin konserti oldu
9 dekabr 2025
# 14:30

Azərbaycanlı pianoçu Eldəniz Ələkbərzadə Parisdə konsert proqramı ilə çıxış edib.

Kulis.az xəbər verir ki, konsert proqramında Bethoven, Debüssi və Prokofyev kimi dünya şöhrətli bəstəkarların əsərləri səsləndirilib.

Eldəniz Ələkbərzadə 2016-cı ildə Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecini, 2020-ci illərdə isə Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2022-ci ildən Parisdəki nüfuzlu “École Normale Alfred Cortot” məktəbində təhsilini davam etdirir və burada ifaçılıq bacarıqlarını təkmilləşdirir.

Gənc pianoçu yaxınlarda “La Marianne” müsabiqəsində ikinci yeri qazanaraq, yeni bir uğura imza atıb. Dekabrın 11-də isə o, eyni konsert proqramını “Salle Cortot” konsert zalında “Midi et Demi” konsert silsiləsində təqdim edəcək. Bu tədbir hər zaman Paris musiqisevərləri üçün xüsusi maraq doğurur.

Eldəniz Ələkbərzadənin konsertləri Azərbaycan musiqi məktəbinin yüksək səviyyəsini və gənc istedadların beynəlxalq səhnədəki potensialını nümayiş etdirir.

# 970 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər