“Özünüzü evdəki kimi hiss edin” adlı qrup sərgisi təşkil ediləcək

“Özünüzü evdəki kimi hiss edin” adlı qrup sərgisi təşkil ediləcək
12 dekabr 2022
# 14:30

Dekabrın 16-da İçərişəhər, Ta(r)dino 6 Art Platform məkanında Azərbaycan və Almaniya qadın rəssamları olan Tora Ağabəyova, Şahnaz Ağayeva, İrina Eldarova, Rita Qayssler, Miryam Kroker, Hanna Lanqe, Leyla Rzayeva, Şəlalə Salamzadə, Lisa Völfelin "Özünüzü evdəki kimi hiss edin" adlı qrup sərgisi açılacaq.

Kulis.az xəbər verir ki, sərgidə nümayiş edilən əsərlər vasitəsilə rəssamlar ziyarətçilərlə ev və qonaqpərvərlik haqqında öz anlayışlarını bölüşəcəklər. Təqdim olunan əsərlərin çoxu Azərbaycan və Almaniya rəssamlarının bu ilin sentyabr ayında başlayan “Məclisi-Ünsi” adlı layihəsinin əməkdaşlığının nəticəsidir. Proqram Ta(r)dino 6 İncəsənət Platforması tərəfindən Kultur Aktiv ilə birgə təşkil olunur və Almaniya Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilir.

Məlumat üçün bildirək ki, "Məclisi-Üns” layihəsinin birinci mərhələsində Almaniyada iki həftəlik rezidensiya çərçivəsində 9 Azərbaycanlı qadın rəssam Berlin, Drezden və Leypsiq şəhərlərində alman həmkarları rəssamlar, kuratorlar və müxtəlif mədəniyyət müəssisələri ilə peşəkar əlaqələr qurmaq imkanı əldə ediblər. Proqram Drezdendə keçirilən konfrans və Xurşidbanu Natəvana həsr olunmuş "Məclisi-Üns” adlı sərgi ilə yekunlaşıb.

İkinci və tamamlayıcı mərhələ çərçivəsində isə bir qrup alman rəssamı “Özünüzü evdəki kimi hiss edin” qrup sərgisinin açılışı üçün Bakıda səfərdə olacaqlar. Sərgi 2023-cü il yanvarın 14-dək davam edəcək. Giriş sərbəstdir.

# 2249 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər