Özbəkistanın Akademik Opera və Balet Teatrı Bakıya qastrola gəlir

Özbəkistanın Akademik Opera və Balet Teatrı Bakıya qastrola gəlir
15 noyabr 2022
# 10:40

Azərbaycan və Özbəkistan arasında genişlənən mədəni əlaqələr çərçivəsində 14-18 noyabr tarixlərində Ə. Nəvai adına Özbəkistan Dövlət Akademik Opera və Balet Teatrının kollektivi Bakıya qastrol səfərinə gələcəkdir.

Kulis.az xəbər verir ki, səfər çərçivəsində Daşkənd Teatrının sənətçiləri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində iki tamaşa ilə çıxış edəcəklər.

Teatrın vokal və balet truppalarını, xor və simfonik orkestrini təmsil edən 179 nəfərlik yaradıcı heyətlə Bakıya gələn özbək həmkarlarımız noyabrın 16-da özbək bəstəkarı Ənvər Erqaşovun "Xumo" baletini təqdim edəcəklər. Premyerası 2005-ci ildə baş tutan bu tamaşaya görə bəstəkar Ə.Erqaşov 2007-ci ildə Özbəkistanın I dərəcəli Dövlət mükafatına layiq görülmüşdür. Özbək milli baletinin ən dəyərli nümunələrindən biri olan bu tamaşada Xeyirlə Şərin mübarizəsi və sonda Xeyirin Şər qüvvələr üzərində qələbəsindən bəhs olunur. Sehirli quş - Xumo isə Xeyirxahlıq və Ədalət simvolu kimi bu mübarizəyə yardımçı olur.

Noyabrın 17-də isə Özbəkistanlı opera ustaları görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin " Ruqoletto " operasının tamaşası ilə çıxış edəcəklər.

# 2706 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər