Özbəkistanda Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

Özbəkistanda Azərbaycanşünaslıq Mərkəzi  yaradılacaq
12 yanvar 2026
# 17:20

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi ilə Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rəhbərliyi arasında görüş keçirilib.

Kulis.az xəbər verir ki, görüşdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli və Daşkənd İqtisadiyyat və Pedaqogika Universitetinin rektoru Şakarbay Janikulov iştirak ediblər.

Görüş zamanı elmi, təhsil və mədəniyyət sahələrində birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda tərəflər Azərbaycan ilə Özbəkistan arasında mövcud olan yüksəksəviyyəli münasibətlərin hazırkı inkişaf dinamikasını qeyd ediblər. Bildirilib ki, bu əlaqələr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən və ardıcıl siyasəti nəticəsində daha da möhkəmlənir.

Danışıqların yekununda əməkdaşlıq haqqında saziş imzalanıb. Saziş çərçivəsində universitet nəzdində Xalid Səid Xocayev adına Azərbaycanşünaslıq Tədris-Tədqiqat Mərkəzinin yaradılması nəzərdə tutulub.

Yeni mərkəz Azərbaycanın tarixi, mədəniyyəti, dili və ədəbiyyatının öyrənilməsi, eləcə də Azərbaycan ilə Özbəkistan arasında akademik və elmi əməkdaşlığın inkişafı üçün ixtisaslaşmış platforma kimi fəaliyyət göstərəcək. Burada birgə elmi tədqiqatların aparılması, akademik mübadilə proqramlarının həyata keçirilməsi, elmi-maarifləndirici tədbirlərin təşkili və gənclərin intellektual potensialının inkişafına yönəlmiş təşəbbüslərin dəstəklənməsi planlaşdırılır.

Qeyd edək ki, mərkəz Azərbaycan və Özbəkistan arasında elmi və mədəni əlaqələrin formalaşmasında mühüm rol oynamış görkəmli alim, şair və tərcüməçi Xalid Səid Xocayevin şərəfinə onun adını daşıyacaq.

# 1276 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər