Özbəkistanda Azərbaycanın Gənclər Gününə həsr olunmuş tədbir keçiriləcək

Özbəkistanda Azərbaycanın Gənclər Gününə həsr olunmuş tədbir keçiriləcək
26 yanvar 2024
# 14:30

Fevralın 2-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi ilə Daşkənddə tədbir və konsert proqramı təşkil ediləcək.

Kulis.az xəbər verir ki, tədbirdən əvvəl ziyarətçilərə “Zəfərə gedən yol” adlı fotosərgi təqdim olunacaq.

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin binasında təşkil olunacaq konsertdə Azərbaycandan dəvət olunmuş beynəlxalq müsabiqələrin laureatları - gənc müğənnilər Kənan Qədimov və Aynur İsgəndərli, habelə mərkəzin “Azərbaycan” adlı rəqs ansamblının çıxışı nəzərdə tutulub.

Bu gün Azərbaycan gəncliyi həyatımızın hər bir sahəsində aktiv olaraq ölkənin tərəqqisində fəal iştirak edir. Özbəkistanda da dövlətin gənclərə xüsusi qayğı və dəstəyi vardır. Təsadüfi deyil ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə 2024-ci ili “Gənclərin və biznesin dəstəklənməsi ili” elan edib.

Azərbaycan gəncləri Ümummilli Lider Heydər Əliyev tərəfindən təsis edilən 2 Fevral - Gənclər Gününü artıq qalib ölkənin qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edirlər.

# 2019 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər