Özbəkistan mədəniyyət günləri möhtəşəm konsert proqramı ilə yekunlaşdı

Özbəkistan mədəniyyət günləri möhtəşəm konsert proqramı ilə yekunlaşdı
5 avqust 2023
# 11:45

Bakıda keçirilən Özbəkistan mədəniyyət günlərinə yekun vurulub.

Kulis.az xəbər verir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlər çərçivəsində Bakının bulvar ərazisində tanınmış özbək sənətçilərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Mədəniyyət günlərinin möhtəşəm bağlanış mərasimi üçün təşkil olunmuş tədbirdə məşhur sənətçilərdən Özbəkistanın Xalq artistləri Nəsibə Abdullayeva, Fərrux Zakirov, Haşimjon İsmaylov, Zulayxo Boyxanova, Gulsanam Mamazoitova, Jenisbek Piyazov, Samandar Alimov və başqaları zəngin repertuarları ilə sevənlərinin qarşısında çıxış ediblər.

Konsert boyu sənətçilər repertuarlarında yer alan ən populyar mahnılarını ifa ediblər.

Özbəkistandan ölkəmizə təşrif buyurmuş sənətçilər bənzərsiz ifaları ilə bir daha böyük tarixə malik zəngin mədəniyyətə sahib olduqlarını göstəriblər.

Tədbirdə Özbəkistandan çoxsaylı qonaqlar və Bakıda yaşayan bu ölkənin vətəndaşları iştirak ediblər.

Özbəkistan folklor ustalarının konsert proqramı maraqla qarşılanıb.

# 2148 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər