Orxan Mərdan: "İttifaqlar ağsaqqallar şurasıdır"

Orxan Mərdan:  "İttifaqlar ağsaqqallar şurasıdır"
5 mart 2024
# 18:41

"İttifaqlar ayrılar da, birləşər də, onlar ağsaqqallar şurasıdır".

Kulis.az xəbər verir ki, bu sözləri prodüser Orxan Mərdan öz feysbuk hesabında yazıb.

O, həmçinin, təsis etdiyi Kino Sənayesinin İnkişafı ictimai birliyi haqqında da məlumat verib:

"Kino ilə bağlı bütün mövcud problemlərin həlli yollarını axtarmaq, kino işçilərinə dəstək olmaq, dövlətlə kino adamlarının arasında körpü rolunu oynamaq, Azərbaycan kino işçilərinə hörmət olunmasını təmin etmək və ən əsası, Kino Sənayesini İnkişaf etdirmək yolunda belə bir qurum təsis etmişəm. Əsas qayələrdən biri gələcəkdə buranı fondlaşdırmaq və istehsalı müəyyən qurumların asılılığından azad etmək, istehsalçını güc sahibinə çevirməkdir.

Kinoteatrlar da Azərbaycan istehsalçısına yuxarıdan aşağı baxmamalı və onlarla xarici istehsalçılarla hansı müstəvidə işləyirlərsə, elə davranmalıdırlar.

Qısası, əziz gənc kino fədailəri, İttifaqlar ayrılar da, birləşər də, onlar ağsaqqallar şurasıdır. Özləri üçün kino adına bir dünya qurublar və o dünyalarında susaraq yaşayırlar. Ola bilər ki, hətta kimlərisə bəyənməz, yaxına buraxmazlar.

Ona görə də qəti narahat olmayın, bizim özümüzün keçmişə, qorxaqlığa, asılılığa deyil, gələcəyə, qələbəyə və ən əsası, inkişafa hesablanmış ictimai birliyimiz var.

Yaxın gələcəkdə Milli Kino Mükafatı da təsis edəcəyik".

# 2593 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər