Opera və Balet Teatrında “Madam Batterflyay“ nümayiş olunacaq

Gulnora Qatina

Gulnora Qatina

12 may 2022
# 18:20

Mayın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin “Madam Batterflyay“ operasının tamaşası keçiriləcək.

Teatrdan APA-ya verilən xəbərə görə, əsas partiyanı – Çio-Çio-San partiyasını ifa etmək üçün Musa Cəlil adına Tatarıstan Akademik Opera və Balet Teatrının aparıcı solisti, Tatarstanın Əməkdar artisti, Tatarıstan Respublikasının Q.Tukay adına Dövlət mükafatı və vokalçıların Beynəlxalq müsabiqələrinin laureatı Gulnora Qatina dəvət edilib.

Tamaşada həmçinin Azərbaycanın Əməkdar artistləri Azər Zadə (Pinkerton), Səbinə Vahabzadə (Suzuki), Əliəhməd İbrahimov (Qoro), Tural Ağasıyev (Yamadori), solistlər Mahir Tağızadə (Şarples), Tələt Hüseynov (Bonza) və b. çıxış edəcəklər.

Opera tamaşasını Azərbaycanın Xalq artisti, professor Yalçın Adıgözəlov idarə edəcək.

# 2502 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər