"Öpəcək heç kəs yoxdursa, siqaret əvəzolunmazdır..." - Ziqmund Freyddən sitatlar

"Öpəcək heç kəs yoxdursa, siqaret əvəzolunmazdır..." - Ziqmund Freyddən sitatlar
23 sentyabr 2026
# 13:00

Bu gün psixoanaliz elminin banisi olan avstriyalı nevroloq Ziqmund Freydin anım günüdür.

Kulis. az onun əsərlərindən sitatları təqdim edir.

Mühafizəkarlıq, necə deyərlər, sürətlə dəyişən şəraitə uyğunlaşmağa tərəddüd edən tənbəl zehinlər üçün çox vaxt əlverişli bəhanədir.

***

Beləliklə, siz iddia edəndə ki, insanları dini illüziyanın təsəllisindən tamamilə məhrum etmək qeyri-mümkündür, çünki onsuz həyatın məşəqqətlərinə və reallığın qəddarlığına dözə bilməzlər, mən sizinlə razılaşmaya bilmirəm. Uşaqlıqdan bəri bu şirin – yaxud acı-şirin – zəhrimarı şüuruna yeritdiyiniz insanlar üçün bu, əlbəttə ki, doğrudur. Bəs ağlabatan şəkildə tərbiyə olunmuş digər insanlar haqqında nə demək olar? Bəlkə də, nevrozdan əziyyət çəkməyənlərin onu uyuşdurmaq üçün heç bir sərxoşedici vasitəyə ehtiyacı yoxdur. Düzdür, onlar çətin vəziyyətə düşəcəklər. Öz köməksizliklərini və kainat mexanizmindəki əhəmiyyətsizliklərini etiraf etməli olacaqlar; onlar artıq yaradılışın mərkəzi, xeyirxah Providensiyanın zərif qayğı obyekti ola bilməzlər. Onlar isti və rahat evini tərk etmiş uşaq vəziyyətində olacaqlar. Lakin infantilizm, şübhəsiz ki, dəf edilməyə məhkumdur. İnsanlar əbədi olaraq uşaq qala bilməzlər; axırda düşmən həyata atılmalıdırlar. Biz bunu reallığa tərbiyə adlandıra bilərik. Kitabımın bütün məqsədinin məhz bu irəliyə doğru addımın zəruriliyini göstərmək olduğunu etiraf etməliyəmmi?

***

İctimai mən – daxili psixoloji mən tərəfindən şərtləndirilmiş bir konstruksiyadır.

***

Yuxu – ruhun xarici təbiətin təzyiqindən azad olması, qəlbin maddənin buxovlarından qurtulmasıdır.

***

Özünə ata olmaq üçün atanı öldürmək istəyirdin. İndi sən atasan, amma ölü ata.

***

Həsrət və məhrumiyyət şəklində olan sevgi özünə hörməti azaldır.

***

Öpəcək heç kəs yoxdursa, siqaret əvəzolunmazdır.

***

Eqo reallığın təhrikindən əzilərək əziyyət çəkməyə məcbur olmağı rədd edir. O, xarici aləmin travmalarına təslim olmayacağını bildirir; əslində o, bu cür travmaların həzz almaq üçün sadəcə bir fürsət olduğunu nümayiş etdirir.

***

Fərdin azadlığı sivilizasiyanın hədiyyəsi deyil. O, hər hansı sivilizasiya yaranmamışdan əvvəl ən yüksək həddə idi.

***

Sözlər və magiya əvvəldə eyni şey idi və bu gün də sözlər öz magik gücünü böyük ölçüdə qoruyub saxlayır.

***

Amerika dünyanın gördüyü ən möhtəşəm eksperimentdir, amma qorxuram ki, o, uğurlu alınmayacaq.

***

Əmin olduğum tək bir şey var ki, o da insanın dəyər mühakimələrinin birbaşa onun xoşbəxtlik arzularını izləməsi – müvafiq olaraq, öz illüziyalarını arqumentlərlə dəstəkləmək cəhdi olmasıdır.

***

Pişiklərlə keçirilən vaxt heç vaxt hədər getmir.

***

Bir din, hətta özünü sevgi dini adlandırsa belə, ona aid olmayanlara qarşı sərt və sevgisizdir.

***

Mədəni cəmiyyət insanların bir-birinə qarşı ilkin düşmənçiliyi səbəbindən daimi olaraq dağılma təhlükəsi altındadır.

# 617 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər