“Ölülər” tamaşası nümayiş olunub

“Ölülər” tamaşası nümayiş olunub
16 yanvar 2023
# 13:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq artisti Əli Nurun 75 illik yubileyinə həsr olunan “Ölülər” tamaşası nümayiş olunub.

Kulis.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov çıxış edərək görkəmli sənətkarı yubiley yaşı münasibəti ilə təbrik edib, onun səhnə fəaliyyəti haqqında danışıb.

Əli Nura Mədəniyyət Nazirliyinin, Akademik Milli Dram Teatrının təbrik məktubu və Azərbaycan Teatr Xadimləri İttifaqının medalı təqdim olunub. Qeyd olunub ki, sənətkar Akademik Dram Teatrın səhnəsində bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. Əli Nurun sənəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, bir sıra mükafatlarla təltif edilib. Daha sonra tamaşa nümayiş olunub.

Azər Paşa Nemətovun quruluşçu rejissoru olduğu tamaşada görkəmli bəstəkar Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib. “Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə əməkdar artist Anar Heybətov olub. Əli Nur baş rollardan biri olan Hacı Həsən ağa rolunu oynayıb. Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Mətləb Abdullayev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva məharətlə canlandırıblar. Yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun təcəssüm etdirə biliblər.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

# 3465 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər