"Ölənin arxasınca danışmazlar, sağ olsa, yaza bilməzdiniz" - Yalçın İslamzadə

"Ölənin arxasınca danışmazlar, sağ olsa, yaza bilməzdiniz" - Yalçın İslamzadə
30 sentyabr 2025
# 10:36

Kulis.az Yalçın İslamzadənin yeni yazısını təqdim edir.

"Ölənin arxasınca danışmazlar" – məşhur klişedir. Guya düşünərək bir qənaətə vardığını iddia edənlər tərəfindən tez-tez istifadə olunur.

Bu prinsip qəbul edilsə, onda tarix disiplini mövcud olmaz.

Tarix mahiyyət etibarilə ölmüş insanlar haqqındadır. Gərək tarix əvəzinə geologiya, təbəqələr və süxurların aşınması öyrənilsin.

İfrata varıb, tutaq ki, Mircəfər Bağırov haqqında da yazırlar: "Ölənin arxasınca danışmazlar, sağ olsa, yaza bilməzdiniz".

Ölümün fetişləşdirilməsi istismara xidmət edir.

İctimai məsələləri bəhanə edərək partiya rəhbərliyi ilə görüşən Xalq şairi övladlarına vəzifə xahiş edir. Həm də istəyir ki, öləndə onu "xalqın problemlərini fikirləşməkdən bitab olmuş görkəmli ziyalı" kimi təntənəli dəfn etsinlər.

Ümumiləşdirsək, ömrü boyu ailəsi və cibi üçün işləmiş insanların sanki "xalq adamı" kimi o dünyaya yola salınması üçün düşünülüb.

"Yas lobbisi"-mollalar, xurma satanlar, düyü satanlar, çadır kirayəsi xidməti təqdim edənlər yas məclisinin 1-3-7-40-cümə axşamları-il-"qara bayram" kimi israf zənciri olaraq davam etməyində maraqlıdırlar.

Başdaşı təntənəli olmadıqda, "Ölüsünə hörmət etmir" deyə təzyiq göstərirlər zərərli adətlər vasitəsilə.

Bu prosesə zəngin, toya və yasa zənginliyini nümayiş etdirmək üçün qoşulan şəxslər də dəstək olurlar.

Yağış altında palçıqlı yollarla yas məclisinə çatanda masada banan və kivi də görmüşdük.

Heç kimin ağlına gəlməz ki, o qədər xərcin əvəzinə yolu asfaltlaşdırsın, ölənə banan ehsanı vermək əvəzinə, şagirdlər dərsə rahat gedib-gəlsinlər.

Heç bir zaman istifadə olunmayan, bahalı və lazımsız qabların yığıldığı "qonaq otağı" sindromudur.

O qonaq otağının ev sahibinə heç bir faydası olmazdı, ancaq anidən nəzarət üçün gələn qonaq – revizorda təəssürat yaratmaq üçün idi.

Ümumiləşdirsək, hansı mövzuda danışmağa təzyiq varsa, o mövzuda istismar mövcuddur, ictimai maraqlar adına lobbi qrupları çıxış edir.

# 1912 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər