"Oğul" filminin yaradıcı heyətindən Prezidentə təşəkkür

"Oğul" filminin yaradıcı heyətindən Prezidentə təşəkkür
27 iyun 2024
# 17:06

Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovdan bəhs edən “Oğul” filminin yaradıcı heyəti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

Kulis.az-ın xəbərinə görə, filmin yaradıcı heyətinin yaydığı açıqlamada qeyd olunur ki, iyunun 25-də Azərbaycan Prezidenti İlham Əliyev könüllü döyüşçü Natiq Qasımovu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüb: "Natiq Qasımov bu mükafata Azərbaycan ərazisinin müdafiəsi və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi şücaətinə görə layiq görülüb. Azərbaycanın Milli Qəhrəmanı adı yüksək milli tituldur”.

Natiq Qasımovun qəhrəmanlığı və taleyindən bəhs edən “Oğul” sənədli filminin yaradıcıları Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər: “Film Natiqin 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni qoşunları tərəfindən mühasirəyə alınmış strateji əhəmiyyətli kilsəni fədakarlıqla qoruması, sonradan təslim olması, dindirilməsi və Natiqin itkin düşməsində günahkarların aşkar edilməsinə səbəb olan istintaqdan bəhs edir”.

Qeyd edək ki, icraçı prodüser Tale Heydərov, rejissor-ssenarist Karan Sinqh və prodüser Ekard Seycer üç ildən artıq müddətdə film üzərində çalışıblar, hadisələrin şahidlərinin və cinayətkarların axtarışını həyata keçiriblər, 30 ildən artıq müddət bundan əvvəl baş verənlərdə həqiqətləri üzə çıxarıblar və baş verənlərin Natiq Qasımovun ailə üzvlərinə və dostlarına dərin və unudulmaz təsir göstərdiyini nümayiş etdiriblər.

”O vaxtdan indiyə qədər Azərbaycan öz ərazilərini erməni işğalından azad edib, lakin dünyada baş verən müharibələr və müharibə cinayətləri səbəbindən insanlar hər gün ölməyə davam edir. Böyük şücaət və vətənpərvərlik nümunəsi göstərən Natiq isə artıq sıradan biri deyil. O, bu gün Azərbaycanın Milli Qəhrəmanıdır”, - deyə açıqlamada bildirilir.

Əlavə edək ki, “Oğul” filminin premyerası 2021-ci ildə Vaşinqtonda bütün dünyada vətəndaş hüquqlarının və insan azadlıqlarının pozulmasına həsr olunmuş “Whistleblower” Film Festivalında baş tutub, sənədli film həm də Şimali Dakota İnsan Hüquqları Film Festivalı (ABŞ) və nüfuzlu Mumbay Beynəlxalq Film Festivalında (Hindistan) nümayiş etdirilməsi üçün rəsmən seçilənlər sırasında yer alıb, eyni zamanda, “Oğul” filmi bu ilin martında London şəhərində yerləşən nüfuzlu Britaniya Film Mükafatları Akademiyasının (BAFTA) kino zalında nümayiş etdirilib.

İctimaiyyətin Azərbaycanın Milli Qəhrəmanının sarsıdıcı, nəfəs kəsən hekayəsini “Youtube”da izləmək imkanı var:

https://www.youtube.com/watch?v=tLEMe6JC7Hc

APA

# 2240 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər