Odessa YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi

Odessa YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
26 yanvar 2023
# 11:40

Ümumdünya İrs Komitəsi Ukraynanın Odessa şəhərinin tarixi mərkəzini Ümumdünya İrs Siyahısına daxil etmək qərarına gəlib.

Kulis.az xəbər verir ki, bu barədə YUNESKO-nun baş direktoru Odri Azulay "Tvitter" səhifəsində məlumat verib.

“Azad şəhər, kinoda, ədəbiyyatda və incəsənətdə iz qoymuş əfsanəvi liman Odessa indi beynəlxalq ictimaiyyətin himayəsindədir. Müharibə davam edərkən, qlobal qarışıqlıqlara tab gətirən bu şəhəri gələcək dağıntılardan qorumaq üçün Ümumdünya İrs Siyahısına daxil edilməsi kollektiv əzmimizi göstərir”,- deyə baş direktor qeyd edib.

Qeyd edək ki, Ümumdünya İrs Konvensiyasının müddəalarına əsasən, Konvensiyanın iştirakçısı olan 194 dövlət Ümumdünya İrs obyektinə birbaşa və ya dolayısı ilə zərər vura biləcək hər hansı qəsdən addım atmamağı və onun qorunmasına kömək etməyi öhdəsinə götürür.

Odessanın tarixi mərkəzi də Təhlükədə olan Ümumdünya İrs Siyahısındadır ki, bu da ona Ukraynanın ərazinin mühafizəsini təmin etmək və lazım gəldikdə onun bərpasına kömək etmək üçün texniki və maliyyə cəhətdən beynəlxalq yardımdan istifadə etmək imkanı verir.

# 2167 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər