O uşaq bilirmi ki, biz heç vaxt bir-birimizi sevməmişik?.. - Pablo Neruda

O uşaq bilirmi ki, biz heç vaxt bir-birimizi sevməmişik?.. - Pablo Neruda
12 iyul 2026
# 13:22

Bu gün dünyaşöhrətli Çili şairi, Nobel mükafatçısı Pablo Nerudanın doğum günüdür.

Kulis.az bu münasibətlə Salam Sarvanın Pablo Nerudadan tərcümələrini təqdim edir.

Niyə təyyarələr öz uşaqlarını

gəzməyə aparmır heç?

Limonların üstündə kürt yatan

hansı sarı quşdu axı?

Vertolyota kim öyrədəcək

günəşdən bal yığmağı?

Aydın ay harda saxlayır

gecənin un dolu kisəsini?

***

Görən, fransız baharları

bu qədər yarpağı haradan tapır?

Arının qovduğu kor

harda gizlənsin, harda?

Nədən bişirəcəyik çörəyi

sarılıq qurtaranda?

***

Dəvə tısbağadan soruşdu:

– nə var donqarının altında?

Tısbağa soruşdu dəvədən:

– portağalla nə pıçıldaşırsan?

Harda daha çoxdu yarpaq –

bağda, ya Keçmişin Cəngəlliyində?

Yarpaqlar niyə özünü öldürür

saraldığını bilən kimi?

***

Sülh göyərçini sülhdümü?

Hökmən savaşdırmı pələng?

Niyə ölümün coğrafiyasından

dərs keçir professor?

Və nə gəlir başına

dərsə gecikmiş qaranquşların?

Doğrudanmı, səmada

şəffaf məktublar gəzir?

***

Kimə gülümsəyir düyü

dişlərini ağarda-ağarda?

Qızılgülün yüz ətəyi var,

bəs Karakas gözəlinin?

Niyə məni birələr dişləyir,

bir də bu ədəbiyyat çavuşları?

# 1014 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər