Nüşabə Araslının 85 illiyinə həsr olunmuş kitab sərgisi açıldı

Nüşabə Araslının 85 illiyinə həsr olunmuş kitab sərgisi açıldı
18 mart 2026
# 13:26

Martın 18-də Milli Kitabxanada AMEA-nın müxbir üzvü, görkəmli ədəbiyyatşünas-alim və Nizamişünaslıq sahəsində tanınmış tədqiqatçı, professor Nüşabə Araslının anadan olmasının 85 illik yubileyi münasibətilə “Professor Nüşabə Araslı” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgidə alimin əsərləri, həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini əks etdirən ədəbiyyatlar sərgilənir.

Professor Nüşabə Araslı uzun illər Azərbaycan ədəbiyyatının, xüsusilə Nizami Gəncəvinin yaradıcılığının araşdırılması ilə məşğul olub, bu sahədə mühüm elmi əsərlər yazaraq Azərbaycan ədəbiyyatşünaslığının inkişafına dəyərli töhfələr verib.

Alimin elmi fəaliyyətinin əsas istiqamətləri qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik poeziyanın Şərq xalqları ədəbiyyatları ilə qarşılıqlı əlaqələri və tipologiyası, “Kitabi-Dədə Qorqud” abidəsi, eləcə də Xaqani, Arif Ərdəbili, Nəsimi, Xətai, Füzuli kimi sənətkarların ədəbi irsinin tədqiqini əhatə edir.

# 1224 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər