“Nine Senses Art Center”da “Hekayələrin elçiləri” adlı sərgi keçirilib

“Nine Senses Art Center”da “Hekayələrin elçiləri” adlı sərgi keçirilib
19 sentyabr 2025
# 10:21

“Nine Senses Art Center” və gənc rəssam Zeynəb Babayevanın birgə əməkdaşlığı ilə “Hekayələrin elçiləri” adlı sərgi təşkil olunub.

Kulis.az xəbər verir ki, layihə çərçivəsində satışdan əldə edilən gəlirin bir hissəsi GWARP sığınacağının xilasetmə proqramlarına və yardıma ehtiyacı olan heyvanların rifahına yönəldiləcək.

Tədbirdə çıxış edən “Nine Senses”in direktoru Natalya Jukova sərginin təşkili barədə danışarkən deyib: “Bu gün biz həm heyvanlara kömək etmək üçün vəsait toplamaq məqsədilə hərrac təşkil edirik, həm də müasir incəsənət üçün orijinal əsərlər yaradan çox istedadlı gənc rəssamın sərgisini keçiririk. Bu, saf sənətdir. Zeynəbin parlaq gələcəyi var”.

Xalq rəssamı, professor Fuad Salayev diqqətə çatdırıb ki, müəllifin əsərlərində hər heyvanın baxışını, xarakterini sevgi ilə yaratdığını görmək mümkündür. O, rəssamın yaradıcılığına dəstək verməyə hazır olduğunu qeyd edib.

Qeyd edək ki, “Azərxalça”nın kreativ direktoru, sənətşünas Əsmər Babayeva bildirib ki, müəllif əsərlərində heyvanların daxili dünyasını açır. Onun sözlərinə görə, Zeynəb müasir yanaşmaya sahibdir və cəsarətlə müxtəlif alətlərdən istifadə etməyi bacarır.

# 1570 dəfə oxunub

Oxşar xəbərlər

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

Donald Trampın mətbuat katibi tənqid olundu - Kitabındakı orfoqrafik səhvlərə görə

17:08 9 noyabr 2026
Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

Tupakın qətlində ittiham olunan şəxsin vəkili dünyasını dəyişdi

16:51 9 noyabr 2026
Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

Gənc sənətçiləri bir araya toplayan sərgi açılacaq

15:45 9 noyabr 2026
Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü  qeyd etdilər

Azərbaycan əsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Gününü qeyd etdilər

14:37 9 noyabr 2026
Məşhur aktyor həbs edildi - Səbəb

Məşhur aktyor həbs edildi - Səbəb

14:30 9 noyabr 2026
Qalmaqallı rejissor vəfat etdi

Qalmaqallı rejissor vəfat etdi

12:30 9 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər