Niderland "Avroviziya"da iştirak etməyəcək

Niderland "Avroviziya"da iştirak etməyəcək
24 avqust 2026
# 15:20

Niderlandın "AVROTROS" ictimai yayımçısı Qəzza müharibəsi fonunda yaranan siyasi bölünmələrin yarışmanın bitərəf xarakterinə xələl gətirməsini əsas gətirərək 2027-ci ildə keçiriləcək "Avroviziya" Mahnı Müsabiqəsində iştirak etməyəcəyini bəyan edib.

Kulis.az xəbər verir ki, yayımçının baş direktoru Tako Tsimmerman beynəlxalq münaqişələrin tədbirə mənfi təsir göstərdiyini və yarışmanı siyasi ayrıseçkilik platformasına çevirdiyini bildirib.

Təşkilatçıların son vaxtlar silahlı münaqişələrdə iştirak edən ölkələrin ev sahibliyi hüququnu məhdudlaşdıran yeni qaydalar tətbiq etməsinə baxmayaraq, "AVROTROS" bu dəyişikliklərin müsabiqənin müstəqilliyini bərpa etmək üçün kifayət etmədiyini vurğulayıb.

İsrailin iştirakı səbəbindən boykot və etirazlarla qarşılaşan 2026-cı il müsabiqəsini 131 milyon nəfər izləyib.

Bu göstərici Niderland, İslandiya, İspaniya, İrlandiya və Sloveniya kimi ölkələrin boykot etməsi nəticəsində əvvəlki illə müqayisədə 35 milyon nəfər azalıb.

2026-cı ildə Vyana şəhərində keçirilən 70-ci "Avroviziya" yarışmasında bulqarıstanlı müğənni Dara (Darina Yotova) "Bangaranga" mahnısı ilə qalib olub.

Bununla da, 2027-ci il mayın 15-də keçiriləcək növbəti müsabiqəyə ilk dəfə olaraq Bolqarıstanın Burqas şəhəri ev sahibliyi edəcək.

# 747 dəfə oxunub

Oxşar xəbərlər

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

Gürcüstan Dövlət Balet Teatrı Türkiyədə - “Qu gölü” səhnələşdiriləcək

16:30 25 sentyabr 2026
Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

Tanınmış aktrisa həbs edildi - Fələstinə dəstək aksiyasında iştirakına görə

15:55 25 sentyabr 2026
Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

Zəki Mürən vəfatının 30-cu ildönümündə yad edildi

15:30 25 sentyabr 2026
Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

Uilyam Folkner: "Yaxsı sənətkar tamamilə mərhəmətsiz olmalıdır..."

14:30 25 sentyabr 2026
Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

Tanınmış memarın sirli ölümü – Həyat yoldaşı həbs edildi

14:00 25 sentyabr 2026
Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək

13:48 25 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər